Bala itləri dişləmək və əşyaları gəmirmək vərdişindən necə azad etmək olar?

Bala itləri dişləmək və əşyaları gəmirmək vərdişindən necə azad etmək olar?

Bala itlər dişləməyi sevirlər - bu onların təbii davranışıdır, bir çox hallarda onlar hətta dişlərini istifadə edərək oynayırlar və yüngül, bəzən isə, bir o qədər də, yüngül olmayaraq dişləyirlər. Onlar həmçinin əşyaları, onların dadına baxaraq, çeynəməyi xoşlayırlar. Xüsusilə də, daha çox diş çıxararkən əşyaları gəmirirlər, bu ağrıları azaldır. Buna baxmayaraq, sahibi tərəfindən bu davranışın, hələ balanın kiçik olduqda, dayandırması vacibdir, çünki hələ yetkin yaşında olan balanın dişləməsi insanlar və digər heyvanlar üçün təhlükəlidir. Biz, bir neçə addım vasitəsi ilə, balanı dişləmək, ayaqlardan tutmaq və qarşısına çıxan bütün əşyaları gəmirmək vərdişindən necə azad etmək barədə sizə bəhs edəcəyik.

Dişləmənin səbəbi

Doğulduqdan bir müddət sonra bala itlərin iynə kimi dişləri inkişaf edir, lakin bu dövrdə çənə əzələləri hələ zəif olur. Nəzəriyyələrdən biri ondan ibarətdir ki, bu, balalara öz bacı və qardaşları ilə təhlükəsiz şəkildə oynamağa imkan verir, bu şəkildə onlar dişləmənin nə vaxt güclü, nə vaxt isə, zəif olduğunu anlamağı öyrənirlər. Həmçinin, bala itlər süd dişlərinin daimi dişlər ilə əvəz olunması zamanı çox dişləyirlər, çünki əşyaları çeynəmək ağrıları azaldır. Balanı dişləmək və sahiblərinin ayaqlarını və əllərini, əşyaları tutmaq vərdişindən azad etmək üçün zaman və səbr, həmçinin də, dişlərin dəyişməsinin təbii prosesinin başa çatması tələb olunacaqdır. Əlbəttə ki, balaya bu vərdişi unutdurmaq lazımdır, çünki bu təlimin vacib bir elementidir.

1-ci addım: möhkəm dişləməyə yol verməmək

Balanın evinizə gəldiyi andan ona dişləməyi qadağan etmək vacibdir. Bununla belə, dişləməni tamamilə istisna etmək olmaz, əksinə, möhkəm dişləməyi qadağan etmək vacibdir. Bu şəkildə, bala icazə verilən məhdudiyyətləri başa düşəcək və sizin üçün ağrılı hala gəlməzdən əvvəl dişlərini dəriyə nə qədər sıxmağın lazım olduğunu öyrənəcək. Bu məqam çox vacibdir, çünki daha sonra, it böyüdükdə, o, zədələnməyə səbəb ola biləcək güclü dişləmələr etməməlidir.

Balanı bütün əşyaları çeynəmək və dişləmək vərdişindən azad etməzdən öncə, köpək balalarının təbii mühitdə necə davrandıqlarına diqqət yetirin. Zərif dişləmə onlar üçün təbii bir davranışdır. Ətraf mühitin mənimsənilməsi dağıdıcı hala çevrilən kimi, “Olmaz” əmri vasitəsi ilə davranış korreksiyasından istifadə edin. Bu, balaya həddini aşdığını göstərəcək. Bala sizə itaət edən kimi onu dadlı qida, zərif sözlər ilə mükafatlandırın, buna görə onu tərifləyin. Bütün ailə üzvlərinin eyni belə davranması vacibdir və nəticədə bala bu hərəkəti daha etməyəcək.

Beləliklə, bala “Olmaz” əmrini bildiyinə görə, bu bilikləri sistematik şəkildə təkrarlamaq və həvəsləndirmək ilə gücləndirin. İdeya, balanın, onun düzgün davranışının və mükafatlandırmanın əlaqəli olduğunu göstərməkdən ibarətdir. Alışdırmaq bir az vaxt aparacaq, səbirli olun. Lakin bala itlər, uşaqlar kimi, asanlıqla öyrədilir.

2-ci addım: oyuncaqlar ehtiyatını toplayın!

Çeynəmə, gəmirmə və dişləmə itlər üçün təbii davranışlardır və bunu tamamilə qadağan etmək lazım deyil. Sadəcə, balalar mümkün qədər tez öyrənməlidirlər ki, oyuncaqları gəmirmək - yaxşıdır, amma sizin əllərinizi və ayaqlarınızı, ayaqqabıları, mebel və məişət əşyalarını gəmirmək - çox pisdir. Köpək balanıza ilk dərslərini öyrətdiyiniz zaman, onun hər zaman yanında olacaq və sizin əlləriniz, ayaqlarınız və ev əşyalarınızdan fərqli olaraq, istənilən vaxt gəmirə biləcəyi oyuncaqların olduğundan əmin olun.

Bir köpək balasını tərbiyyə etmək xeyli səbir tələb edir. Ona öyrətmək istədiyinizi o, sehrli çubuğun vasitəsi ilə olduğu kimi, edə bilməyəcək, lakin sonda arzu etdiyiniz nəticəni əldə edəcəksiniz, buna görə də, sakit olmağa və diqqətinizi prosesə cəmləşdirməyə çalışın. Əsəbləşmək və ya qışqırmaq onu qorxuda bilər.

Əgər siz, təliminizdən heç bir nəticə əldə etmədiyinizi anlasanız və bala dişləməyi dayandırmırsa, bu zaman davranış korreksiyası üzrə peşəkar kinoloqa müraciət etməyiniz tövsiyə olunur.

  •  Paylaşın:
Bağla