İtlərin birə və gənələrdən qorunması

İtlərin birə və gənələrdən qorunması

Gənə və birələr itlər üçün geniş yayılmış bir problemdir. Kiçik həşəratlar görünmədən hücum edir, lakin ciddi zərər verirlər. Qansoranların dişləmələri təkcə qaşınma ilə deyil, həm də, onlardan digər parazitlər və ya ciddi infeksiyalara yoluxma ehtimalının yüksək olması ilə təhlükəlidir. Onlardan qorunmaq üçün mütəmadi olaraq profilaktik tədbirlərin aparılması zəruridir.

Bala, böyük, yaşlı, hamilə və laktasiya dövründə olan itlər üçün birə və gənələr ilə müxtəlif mübarizə üsulları mövcuddur. Qoruyucu vasitələrdən istifadə zamanı heyvanların yaşı, çəkisi və digər parametrlər nəzərə alınmalıdır.

Bala iti birə və gənələrdən necə qorumaq olar?

Kiçik balalar üçün qansoran həşəratlar daha təhlükəlidir. İmmunitetlərinin tam formalaşmamış və hələ də zəif olduğuna görə, bala itlərin orqanizmi parazitlərdən ötürülən infeksiyalara qarşı müqavimət göstərə bilmir.

Birə və gənələrə qarşı vasitələrin istifadə prosesi bu vasitələrin məhdud olması ilə çətinləşir. Bir çox preparatların əsas komponenti -  bala itlərə əks göstərişi olan permetrindir.

Birələr ilə mübarizə

Birələrə qarşı vasitənin istifadəsindən öncə, balanın məhz onlardan narahat olduğundan əmin olun. Bəzi hallarda onları qaşınma gənəsi və ya allergik reaksiya ilə səhv salmaq olar. Əgər, tüklərində "böcəklərin" özləri və ya onların fəaliyyətinin qalıqları görünürsə, deməli bu birədir.

Yoluxma mənbəyini müəyyənləşdirin. Bir çox hallarda qonsoranlar bala itlərə analarından keçir. Parazitlər digər heyvanlardan da keçə bilər, həmçinin siz onları evinizə geyim, əşya və hətta bazardan alınan meyvələrlə evə gətirə bilərsiniz. Əgər, bir ev heyvanında birə aşkar edilərsə, evdə olan bütün heyvanlara və səthlərə xüsusi vasitələr tətbiq edilməlidir.

Vasitələrin tətbiq edilməsini otağın nəm təmizlənməsi ilə başlayırlar. İnsektisidi döşəmələrə, rəflərə, bala itin qəfəsinə püskürdmək olar. Lakin, bundan sonra, balanın təsadüfən onun dadına baxmaması üçün vasitəni yaxşıca silin.

Yetkin heyvanlara aşağıdakı vasitələr tətbiq olunur:

tabletlər;

boyun arxası bölgəyə damcılar;

spreylər;

şampunlar;

xaltalar.

 

Gənələr ilə mübarizə

Əksər hallarda itlər qaşındırıcı və iksodid gənələrin hücumuna məruz qalır. Birincilər heyvanın dərisi altında yaşayır və çoxalırlar, ikincilər isə, hündür ot və kollarda, nəm və kölgəli yerlərdə yaşayırlar.

Qaşındırıcı parazitlər ilə mübarizə aparmaq üçün aşağıdakı vasitələr istifadə olunur:

boyun arxası bölgəyə damcılar;

tabletlər;

şampunlar;

spreylər.

 

Əlavə olaraq, baytar həkim aşağıdakıları da, təyin edə bilər:

qaşınmanın aradan qaldırılması üçün antihistamin preparatlar;

toksinləri çıxarmaq üçün sidikqovucu preparatlar;

nadir hallarda – patogen bakteriyalar ilə mübarizə aparmaq üçün antibiotiklər.

 

İksodid və ya meşə gənələri fərqli şəkildə hərəkət edirlər. Onlar temperaturun yüksəlməsi ilə aktivləşir və ovlarını, dəriyə nüfuz etmədən, üstdən dişləyirlər. Onların təhlükəsi o qədər xoşagəlməz dişləmədə deyil, nə qədər ki, canlı orqanizmlərə keçirə biləcəyi xəstəliklərdədir.


O cümlədən:

babesioz;

borrelioz;

ensefalit;

və s.

 

Bütün gənələr yoluxdurucu deyil, lakin profilaktik tədbirlər haqqında heç vaxt unutmaq olmaz. Bala itləri gənələrdən aşağıdakılar qoruya bilər:

spreylər;

boyun arxası bölgəyə damcılar;

xaltalar.

 

Vacibdir! Uyğun olan vasitəni seçməzdən əvvəl baytar mütəxəssisi ilə məsləhətləşin.


  •  Paylaşın:
Bağla