İstilik vurmanı (mərhələləri) necə müəyyən etmək olar?

İstilik vurmanı (mərhələləri) necə müəyyən etmək olar?

Bir dəfə istilik vurmaya məruz qalan itin, həyatı boyu fəsadları olacaq, və o, həmişəlik olaraq, risk qrupunda qalacaq. Ona görə də, bunun qarşısını almaq üçün bütün səylər göstərilməlidir.

Əgər, ev heyvanını diqqətlə izləsəniz, itinizi vaxtında soyutmağa başlamaqla və həddindən artıq istiləşmənin qarşısını almaqla, ilkin mərhələlərdə güclü istilik vurmanın qarşısını almaq olar.

İSTİLİK VURMANIN mərhələləri:


Birinci mərhələ

Bir çox hallarda sahiblər ya onu hiss etmirlər, ya da itin davranışında və vəziyyətində olan dəyişikliyə əhəmiyyət vermirlər. Xüsusilə də, fleqmatik cinslərdə. Sahiblər bunu havanın yüksək temperaturu və yorğunluq ilə əlaqələndirirlər. Lakin, əgər it ciddi aktivlik göstərmədən yorğun görünürsə, bu, artıq onun vəziyyətinə diqqət yetirmək üçün bir əsasdır. Xüsusilə də, əgər gəzinti zamanı o, sizdən geri qalır və ya kölgədə (arxanızda) uzanır. İsti havalarda itlər instinktiv olaraq, kölgədən kölgəyə hərəkət edirlər. İrəliyə qaçır, kölgədə uzanırlar, sizin keçməyinizi gözləyir və qarşıdakı növbəti kölgəyə doğru hərəkət edirlər. Lakin, it getməkdən imtina edərək geridə qalırsa, deməli o, özünü pis hiss edir. Soyumağa çalışaraq, o, arxlar, su axtaracaq, orada uzanacaq və getməkdən imtina edəcək. Əgər ona diqqət yetirsəniz və onu daha da irəli getməyə məcbur etməsəniz, artıq bu mərhələdə istilik vurmanın qarşısını almaq olar.

Əgər, it büdrəməyə başlayırsa, bu, artıq ilk pis əlamətlərdən biridir. Çərəz ilə daha az marağın olmasını bir çoxlarının isti havada yemək istəmədiyi ilə əlaqələndirmək olar, lakin bu da düşünmək üçün bir əsasdır.

 

İkinci mərhələ

Əgər it dilini çox çıxarırsa, ağzının künclərini geri çəkirsə (bu da, şirin görünür və təbəssümə bənzəyir), bu zaman dilin və selikli qişaların rənginə diqqət yetirin. Onlar, hər zaman olduğundan, daha tünd və ya daha şux rəngdədirsə - dərhal lazımi tədbirlər görün, deməli it həddindən artıq istilənməyə başlayır. Əgər, ağız və dil tündürsə, bu zaman göz qapağının daxili hissəsindəki selikli qişaları yoxlayın.

 

Üçüncü mərhələ

Əgər siz, ilk əlamətlərdə lazımi tədbirlər görməmisinizsə, bu zaman it o qədər tez-tez nəfəs almağa başlayır ki, bədəni titrəyir. Selikli qişalar qurumağa başlayır. İt yan üstə uzanmağa başlayır və qalxmaqdan imtina edir. Acgözlüklə su içir. Hətta iti soyutmaq cəhdlərinə baxmayaraq, təngnəfəsliyi keçmir. Bu kimi vəziyyət itin soyudulması üçün təcili tədbirlər tələb edir. (bunu necə düzgün etmək barədə ayrıca bəhs edəcəyik)

 

Dördüncü mərhələ

İtin halı pisdir və bu, artıq aydın görünür. (sahiblərin bir çoxu yalnız bu mərhələdə həddindən artıq istilənməni görürlər). İt hərəkət etməməyə çalışır. Tez-tez, lakin səthi nəfəs alır. Bədəni titrəyir. Selikli qişalar şux rəngdə və ya artıq solğun ola bilər. Əgər, bununla yanaşı, ağızdan tüpürcək axırsa, deməli artıq iti ürəkbulanma da, narahat edir. Bu da, su içdirməyi çətinləşdirir. İt imtina edə, boğula, udmaqda çətinlik çəkə bilər. Lakin, su içdirməyi davam etmək lazımdır: kiçik porsiyalar ilə. Heyvanı ayaqları üstə qaldırmaq cəhdləri zamanı, hərəkətlərinin koordinasiyasının pozulması aydın görünür. Bu kimi vəziyyət artıq özü aradan qalxmayacaq. Təcili olaraq və düzgün şəkildə iti soyutmağa başlamaq lazımdır. Su içdirmək mümkün olmadığı hallarda - təcili olaraq Natrium xlorid məhlulunun damcı üsulu ilə venadaxili və ya dərialtı inyeksiyalarını tətbiq etmək lazımdır.

Beşinci mərhələ

Əgər yardım göstərilməyib və ya düzgün göstərilməyibsə, qıcolmalar başlayır. Zəif dartılmalardan güclü spazmlara qədər. Bu da, yarışüursuz vəziyyətdə olmasına baxmayaraq, iti qorxudur. Bu mərhələdə yalnız ilk yardım göstərmək - iti soyutmağa başlamaq olar, lakin artıq peşəkar yardım olunmalıdır və iti xəstəxanaya yerləşdirmək lazımdır. Bu mərhələdə, zaman sizin əleyhinizə işləyir.

 

  •  Paylaşın:
Bağla